Türkiyənin iki klubuna transfer qadağası

Türkiyə Super Liqasına yüksəlmək uğrunda mübarizə aparan “Antalyaspor” və “Fatih Karagümrük” klublarına transfer qadağası qoyulub. FIFA hər iki komandanın transfer fəaliyyətini üç “pəncərə” müddətinə məhdudlaşdırıb.

FIFA-nın rəsmi saytında yer alan məlumata görə, klublar problemli iş üzrə məsələni həll etməyənədək yeni futbolçuları qeydiyyatdan keçirə bilməyəcəklər. Müvafiq problemin aradan qaldırılması qadağanın ləğvinə imkan verəcək.

Ötən mövsüm Super Liqanı tərk edən hər iki komanda yüksək liqaya qayıtmağı hədəfləyir. Lakin bu iki komanda mövsümə istədiyi kimi başlamayıb. 9 turdan sonra “Antalyaspor” 15, “Fatih Karagümrük” isə 13 xal toplayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right