“Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines klub rəhbərliyinin komandanın mövsümə hazırlıq prosesini tənqid edib.
Newsport.az xəbər verir ki, argentinalı futbolçu UEFA Çempionlar Liqasının 2-ci turunda “Atletiko”ya 0:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.
“Texniki direktordan daha çox şey gözləyirəm. Heç nə dəyişməsə, gələn mövsüm ciddi problemlə üzləşəcəyik. Siz daim baş məşqçiləri dəyişirsiniz, bəs klubun digər sahələrində görülən işlər necə olsun? Baş məşqçini və ya futbolçuları günahlandırmaq asandır, amma digər şəxslərə də diqqət yetirmək lazımdır, elə deyilmi?” – deyə Martines bildirib.
Qeyd edək ki, “Mançester Yunayted” qarşıdakı həftə əvvəlcə səfərdə “Lids”lə qarşılaşacaq, daha sonra isə İtaliyanın “Komo” klubunun qonağı olacaq.