“Növbəti beş mövsümün əvvəlində “Mançester Siti”dən 25 xal silinməlidir”

“Mançester Yunayted”in sabiq qapıçısı Peter Şmeyxel maliyyə qaydalarını pozduğu bildirilən “Mançester Siti”nin cəzalandırılması ilə bağlı təklif irəli sürüb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, danimarkalı sabiq futbolçu, “şəhərlilər”in Premyer Liqadan kənarlaşdırılmasının əleyhinə olduğunu, lakin kluba ciddi sanksiyalar tətbiq edilməsini istədiyini bildirib:

“Onlar Premyer Liqadan kənarlaşdırılmamalıdır. Lakin növbəti beş mövsümün hər birinin əvvəlində “Mançester Siti”dən 25 xal silinməlidir. Bu, digər komandalara ciddi bir mesaj olardı: qaydaları pozsaz, ağır cəza ilə üzləşəcəksiz. Həmçinin, böyük məbləğdə cərimə və növbəti beş il ərzində transfer qadağası da tətbiq edilməlidir”.

“Mançester Siti” Premyer Liqanın 6 turundan sonra 18 xalla turnir cədvəlinə başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right