Argentina millisinin sabiq üzvü Alexandro (Papu) Qomez, həmyerlisi Lionel Messinin yığma karyerasını başa vurmasından sonra ona yazdığı mesajın məzmununu açıqlayıb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Messiyə təşəkkür etdiyini bildirib:
“Messiyə milli komandaya verdiyi töhfələrə, bütün heyətə göstərdiyi dəstək və verdiyi məsləhətlərə görə təşəkkür etmək üçün yazdım. Birlikdə oynadığımız vaxtlar üçün darıxıram”.
Argentina millisi Messinin vida matçında Benin yığmasını 3:0 hesabı ilə məğlub edib. Messi həmin qarşılaşmada 1 qol vurub və 2 məhsuldar ötürmə edib. 39 yaşlı hücumçu ümumilikdə isə Argentina millisinin heyətində 208 oyun keçirib və 126 qol vurub.