“Liverpul”un sabiq yarımmüdafiəçisi Stiven Cerrard “Mançester Siti”nin İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozmasına görə necə cəzalandırılmalı olduğu barədə fikirlərini bölüşüb.
O, hesab edir ki, “Mançester Siti” maliyyə qaydalarını pozduğuna görə ciddi cəzalandırılmalıdır. Stiven klubun Çempionşipə göndərilməsini ədalətli saymır, çünki komanda aşağı liqada ilk üç yerdən birini tutaraq yenidən Premyer Liqaya qayıda bilər.
İngiltərə millisinin sabiq futbolçusunun fikrincə, bu halda digər klublar yenidən “Mançester Siti” ilə mübarizə aparmalı olacaqlar: “Onlar son 9-10 ildə rəqiblərinə necə əziyyət veriblərsə, özləri də eyni vəziyyətə düşməlidirlər. Amma onları Çempionşipə göndərmək ədalətsiz olardı. Onlara transfer qadağası tətbiq edilməli və bir neçə mövsüm ərzində komandadan xallar silinməlidir. “Siti” də son 9-10 ildə başqalarına yaşatdığı əzabları yaşamalıdır”.