"Əl-Nəsr" Asiya Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində öz meydanında Özbəkistanın "Neftçi" (Fərqanə) klubunu 3:1 hesabı ilə məğlub edib.
Newsport.az xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyasının rəsmi saytı məlumat yayıb.
Ər-Riyadda baş tutan qarşılaşmada hesabı 33-cü dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Qabriel Anjelo açıb. 42-ci dəqiqədə komandanın kapitanı Kriştiano Ronaldo hesabı 2:0 edib.
Qonaqların yeganə qolunu 51-ci dəqiqədə Əlişer Odilov vurub. Matçda son nöqtəni isə 78-ci dəqiqədə öz qapısına qol vuran "Neftçi"nin müdafiəçisi Ənvər Qofurov qoyub.