“Flikin rəhbərliyi altında işləmək xoşuma gəlir”

“Barselona”nın yeni transferi Qabriel Jesus komandanın baş məşqçisi Hans-Diter Flikin rəhbərliyi altında çalışması haqda danışıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı hücumçu, alman mütəxəssisin futbolçulara inam aşıladığını bildirib:

“Flikin rəhbərliyi altında işləmək xoşuma gəlir. O, bütün futbolçulara özünəinam verir. Belə istedadlı komanda yoldaşları ilə oynamaq daha asandır”.

29 yaşlı futbolçu “Barselona”ya yayda “Arsenal”dan keçib. Kataloniya təmsilçisi bu transfer üçün 10 milyon avro ödəyib.

Jesus cari mövsümdə La Liqada 4 oyunda meydana çıxıb və 2 qol vurub. Onun komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right