“Traktor” Asiya Çempionlar Liqasının əsas mərhələsində ikinci tur oyununa çıxıb.
Newsport.az xəbər verir ki, Təbriz təmsilçisi doğma meydanda Qətərin “Şamal” klubunu qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb – 0:0.
Beləliklə, “Traktor” cari mövsüm Asiya Çempionlar Liqasının əsas mərhələsində ilk xalını qazanıb.
Qeyd edək ki, Təbriz klubu ilk turda səfərdə “Şabab Əl-Əhli”yə 0:1 hesabı ilə məğlub olub