Leverkuzen “Bayer”inin hücumçusu Kristian Kofane İngiltərə Premyer Liqasının bir neçə klubunun diqqətini cəlb edib.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu ilə “Arsenal”, “Everton”, “Aston Villa” və “Nyukasl” maraqlanır. Kofanenin mümkün transferinin dəyəri 40 milyon avro qiymətləndirilir.
Kamerunlu hücumçunun “Bayer”lə müqaviləsinin müddəti 2029-cu il iyunun sonuna qədərdir. O, cari mövsümdə Bundesliqada 4 oyuna çıxıb və 2 qol vurub.
Afrikalı forvardla maraqlanan klublardan “Arsenal” UEFA Çempionlar Liqasının əsas mərhələsinin son turunda Azərbaycan çempionu “Sabah”ı qəbul edəcək.