İngiltərə klubu Endriki icarəyə götürməyi planlaşdırır

“Real”ın hücumçusu Endrik yanvar ayında İngiltərə Premyer Liqasına keçə bilər.

Newsport.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Braziliyalı futbolçu “Aston Villa”nın maraq dairəsindədir. Unay Emerinin rəhbərlik etdiyi komanda qış transfer pəncərəsində Endriki icarəyə götürməyi planlaşdırır. Ancaq Birmingem təmsilçisi bu transfer uğrunda “Tottenhem” və “Mançester Yunayted”lə də rəqabət aparmalı ola bilər. Belə ki, hər iki klub da hücumçunun xidmətində maraqlıdır.

Endrik cari mövsümdə cəmi 4 dəqiqə meydanda olub. Yayda futbolçunu icarəyə buraxmaq istəməyən “Real”ın mövqeyi isə dəyişib. Madrid klubu artıq mümkün təklifləri nəzərdən keçirməyə hazırdır. 20 yaşlı hücumçunun “Real”la müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right