“Yuventus” türk futbolçunun satışından 150 milyon avro qazanmaq istəyir

“Yuventus” yaxın gələcəkdə Kənan Yıldızla yollarını ayırmağı planlaşdırmır.

Türkiyəli futbolçu uzun müddətdir Avropanın top-klublarının maraq dairəsindədir. Ancaq onu Turin təmsilçisindən transfer etmək asan olmayacaq.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” Yıldızın satışından 120-150 milyon avro qazanmaq istəyir. Hücumameyilli futbolçu ilə “Real”, “Bayern”, “Arsenal” və “Tottenhem” maraqlanır.

“Transfermarkt” portalı 21 yaşlı futbolçunun bazar dəyərini 75 milyon avro qiymətləndirir. Onun “Yuventus”la müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right