İtaliyanın "Milan" klubunun heyətində ciddi itki baş verib.
Newsport.az xəbər verir ki, müdafiəçi Matteo Qabbiya sıradan çıxıb.
İtaliyalı futbolçu A Seriyasının VI turunun "Sassuolo" ilə səfər matçında (1:1) rəqiblə toqquşduqdan sonra yerdə qalıb. Sol budunun arxa əzələsindən zədə alan 26 yaşlı mərkəz müdafiəçisi meydanı xərəkdə tərk edib.
Qeyd edək ki, Matteo Qabbiya "Milan"ın yetirməsidir. İtaliya millisinin üzvü cari mövsümdə "rossoneri"nin heyətində 3 rəsmi matçda meydana çıxıb.