"Yuventus" Yunanıstan və "Benfika"nın forvardı Vangelis Pavlidisi heyətinə qatmaqda israrlıdır.
Newsport.az "Tuttosport"a istinadən xəbər verir ki, Turin təmsilçisi yunan hücumçu üçün artıq "Benfika"ya müraciət edib.
Portuqaliya təmsilçisi onun üçün 100 milyon avro tələb edir.
"Barselona"nın da transfer siyahısında yer alan Pavlidisin hansı kluba keçəcəyi hələ ki dəqiq deyil.
26 yaşlı hücumçunun "Benfika" ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.