İbrahimoviçdən hakimə sərt tənqid: “Oyunu məhv etdi”

“Mançester Yunayted”, “İnter” və “Barselona”nın sabiq hücumçusu Zlatan İbrahimoviç İngiltərə Premyer Liqasının 6-cı turunda keçirilən “Liverpul” – “Mançester Siti” matçının baş hakimi Kris Kavananı kəskin tənqid edib.

Newsport.az xəbər verir ki, isveçli keçmiş futbolçu 0:3 hesabı ilə başa çatan görüşdə “Liverpul”un yarımmüdafiəçisi Rayan Qravenberxin 62-ci dəqiqədə meydandan qovulmasını düzgün qərar hesab etməyib.

İbrahimoviç hakimlə bağlı fikirlərini belə ifadə edib:

“Kris Kavananı hakimlikdən uzaqlaşdırmaq lazımdır. O, sözün əsl mənasında oyunu məhv etdi. Bu, qayda pozuntusu deyil, heç vaxt sarı vərəqəyə layiq pozuntu olmayıb. Bunu etməyə ehtiyac yox idi, amma o, qalib görmək istədiyi komandanı seçdi. Premyer Liqada hakimlik bərbaddır və ziddiyyətlərlə doludur”.

Qeyd edək ki, “Mançester Siti”nin qollarını Erlinq Haaland, Ceremi Doku və Rayan Şerki vurublar. Haaland 65-ci, Doku 68-ci, Şerki isə 78-ci dəqiqədə fərqlənib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right