Baş nazirdən "Mançester Siti" bəyanatı: "Bütün təfərrüatları açıqlamağa hazıram"

Mançesterin sabiq meri, hazırda isə Böyük Britaniyanın Baş naziri olan Endi Bernem "Mançester Siti"nin sahibləri ilə əməkdaşlığının təfərrüatlarını açıqlamağa hazır olduğunu bəyan edib.

Newsport.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Bernem 2009-2018-ci illər arasında APL-in maliyyə qaydalarını pozmaqda təqsirli bilinən "şəhərlilər"ə dəstək verdiyi üçün tənqid olunub. Hazırda klub üçün yekun cəza müəyyən edilməyib. Bir sıra ekspertlərin fikrincə, "Siti" nəinki qazandığı titullardan məhrum edilə, hətta başqa diviziona da göndərilə bilər.

"Mən Mançesterin meri olduğum dövrdə onlarla əməkdaşlıq çərçivəsində etdiyim hər şey haqqında tamamilə açıq danışacağam. Bu görüşlər kifayət qədər uzun müddət əvvəl baş tutub, onlardan yalnız biri - 2021-ci ildəki görüş həqiqətən əhəmiyyətli olub. Mən bütün təfərrüatları açıqlamağa hazıram.

Futboldakı problemlərə gəlincə, onlar ciddidir və həllini tələb edir. Bu proses müstəqildir və öz axarı ilə getməlidir. Bununla belə, mənim fikrimcə, investisiya məsələlərinə ayrıca baxılmalıdır və bunlar tamamilə fərqli şeylərdir", - deyə Bernem bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right