Flik: “Kunde yüz faiz peşəkardır”

“Sabah”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Barselona”nın baş məşqçisi Hans-Diter Flik müdafiəçi Jül Kundeyə “Xetafe” ilə oyundan sonra qiymət verib.

Kataloniya klubu La Liqanın şənbə günü keçirilən matçında rəqibini 3:0 hesabı ilə məğlub edib. Görüşün 73-cü dəqiqəsində fərqlənən Kunde bu mövsüm ilk qolunu vurub.

Newsport.az “Barca Universal”-a istinadən xəbər verir ki, Flik, fransalı futbolçunun peşəkarlığını xüsusi vurğulayıb:

“Kunde yüz faiz peşəkardır. O, bunu hər gün sübut edir və həmişə əlindən gələnin ən yaxşısını etməyə çalışır. Bəzən o, start heyətinə düşmür və bunu qəbul etməli olur, lakin bu, heyətimizin keyfiyyətindən xəbər verir. Bizdə çoxlu əla oyunçular var”.

“Xetafe” ilə qarşılaşmada Entoni Qordon 2-ci, Qabriel Jezus isə 30-cu dəqiqədə qol vurub.

”Barselona” 25 noyabrda, Çempionlar Liqasının liqa mərhələsində Bakıda “Sabah”ın qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right