“Mançester Yunayted” İngiltərə Premyer Liqasının cari mövsümündə ilk 6 tur ərzində cəmi 6 xal toplayıb. Bu, komandanın İngiltərə çempionatında son 40 ilin ən uğursuz startıdır.
Newsport.az xəbər verir ki, Maykl Kerrikin rəhbərlik etdiyi komanda bu gün “Tottenhem”lə 1:1 hesablı heç-heçə edib. “Mançester Yunayted” 92-ci dəqiqədə qol buraxaraq qələbəni əldən verib.
Hazırda 12-ci pillədə qərarlaşan “qırmızı şeytanlar” turun yekununda daha aşağı pilləyə düşə bilərlər.
“Mançester Yunayted” sonuncu dəfə 1986/87 mövsümündə çempionatın ilk 6 turunda daha az xal – cəmi 4 xal toplamışdı.