La Liqa matçı azarkeşlərin etirazı səbəbindən dayandırıldı

La Liqanın VIII turunun "Rayo Valyekano" və "Atletik Bilbao" arasındakı matçı tribunlardakı etiraz səbəbindən planlaşdırıldığı kimi davam etməyib.

Newsport.az xəbər verir ki, meydan sahibinin azarkeşləri klub prezidenti Martin Presanın işindən narazılıqlarını ifadə ediblər.

Görüş zamanı fanatlar meydana kağız təyyarələr və rezin toplar atmağa başlayıblar. Tribunalarda həmçinin üzərində "Presa, top sənin tərəfindədir" yazılmış baner peyda olub.

​Baş hakim Sançes Martines oyunu iki dəfə dayandırıb. 25-ci dəqiqədəki ikinci fasilədən sonra o, futbolçuları soyunub-geyinmə otağına göndərib. Sonradan komandalar meydana qayıdıb birinci hissəni başa vursalar da, polislə məsləhətləşmələrdən sonra hakim fasilədən sonra matçı bərpa etməmək qərarına gəlib.

​"Rayo Valyekano" azarkeşlərinin klub rəhbərliyi ilə qarşıdurması artıq uzun illərdir davam edir. Lakin son vaxtlar etirazlar qənaətbəxş olmayan vəziyyətdəki stadionla bağlı problemlər səbəbindən daha da kəskinləşib. Stadionun hazır olmaması üzündən "Rayo Valyekona" mövsümə hətta "Leqanes"in stadionunda başlamağa məcbur qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right