“Barselona”nın yarımmüdafiəçisi Mark Bernal karyerasını “Liverpul”da davam etdirə bilər.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 19 yaşlı futbolçu ilə maraqlanır. Bildirilir ki, “Barselona” 2027-ci ildə Bernal üçün gələn təklifləri nəzərdən keçirməyə hazırdır. Bu barədə artıq “Liverpul”un nümayəndələri də məlumatlandırılıb.
Bernal cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla səkkiz oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə verib. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
“Transfermarkt” portalı ispaniyalı futbolçunun bazar dəyərini 40 milyon avro qiymətləndirir. Onun komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.