"Yuventus" Argentina millisinin üzvü ilə müqavilə imzaladı

İtaliyanın "Yuventus" klubu Niko Qonsalesin müqaviləsinin müddətini uzadıb.

Newsport.az xəbər verir ki, bu barədə A Seriyası nəhənginin mətbuat xidməti məlumat yayıb.

Argentina milli komandasının üzvü ilə 2030-cu ilin 30 iyun tarixinədək nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, "Yuventus" Niko Qonsalesi 2024-cü ilin yayında "Fiorentina"dan transfer edib. 28 yaşlı vinger cari mövsümdə "Turin" təmsilçisinin heyətində meydana çıxdığı beş rəsmi matçda iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right