"Bavariya" "Barselona"nın yarımmüdafiəçisi Dani Olmonu transfer etmək istəyir.
Newsport.az xəbər verir ki, bu barədə "Fussball News" portalı məlumat yayıb.
Bundesliqa nəhəngi ispaniyalı futbolçu üçün yanvarda hərəkətə keçməyi planlaşdırır. Klubu 80-90 milyon avroluq təklif gələcəyi təqdirdə 28 yaşlı hücumameyilli yarımmüdafiəçini salmağın əleyhinə deyil.
Qeyd edək ki, "Barselona" Dani Olmonu 2024-cü ilin yayında "Leyptsiq"dən 61 milyon avroya transfer edib. İspaniya millisinin üzvü cari mövsümdə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 3 məhsuldar ötürmə ilə yadda qalıb.