“Yuventus” Voltemadedən narazıdır Yeni hücumçu axtarılır

“Yuventus” hücum xəttini gücləndirmək üçün mərkəz hücumçusu mövqeyinə yeni futbolçu transfer etməyi planlaşdırır.

Newsport.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Turin təmsilçisinin rəhbərliyi almaniyalı forvard Nik Voltemadenin komandadakı çıxışından narazıdır və onu “9 nömrə” mövqeyində əvəz edə biləcək futbolçu axtarır. Namizədlər siyahısına Mateo Reteqi (“Əl-Qadisiyyə”), Folarin Baloqun (“Monako”) və “Bolonya”ya məxsus olan, hazırda “Frozinone”də icarə əsasında çıxış edən Antonio Raymundo daxil edilib.

Voltemade bu mövsüm “Yuventus”un heyətində bütün turnirlərdə 4 oyun keçirib və 1 qol vurub. 24 yaşlı hücumçunun Turin klubu ilə müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right