Rafinyanın “Xetafe” ilə matçda oynamaq şansı var

“Barselona”nın hücumçusu Rafinya İspaniya çempionatında “Xetafe” ilə keçiriləcək qarşıdakı matçda iştirak edə bilər.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu meydana çıxmağa hazır olub-olmadığını müəyyənləşdirmək üçün oyundan əvvəlki məşqdə özünü sınayacaq. Hücumçunun qarşılaşmada iştirak ehtimalı az olsa da, onun bir neçə dəqiqə oynamaq şansı qalır.

Rafinya zədə səbəbindən Braziliya millisinin düşərgəsini vaxtından əvvəl tərk edərək klubuna qayıdıb.

29 yaşlı futbolçu bu mövsüm “Barselona”nın heyətində 8 oyunda meydana çıxıb, 14 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.

“Barselona” – “Xetafe” matçı oktyabrın 10-da keçiriləcək. Qarşılaşmanın start fiti saat 20:30-da səslənəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right