İngiltərə Premyer Liqasında mübarizə aparan “Everton” satışa çıxarılıb.
Newsport.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Den Fridkinə məxsus “The Friedkin Group” şirkəti kluba investisiya yatırmaq üçün yeni variantları nəzərdən keçirəcək. Bu variantlara səhmlərin tam satışa çıxarılması da daxildir.
Den Fridkinin şirkəti 2024-cü ildən “Everton”un sahibidir.
Komanda cari mövsümdə İngiltərə Premyer Liqasında keçirdiyi 5 turdan sonra 9 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. “Everton” növbəti oyununu oktyabrın 11-də, səfərdə “Hall Siti”yə qarşı keçirəcək.