“Yuventus” yarımmüdafiəçisi Niko Qonsaleslə yeni müqavilə imzalamağa yaxındır.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında aparılan danışıqlar uğurla nəticələnib və müddəti 2030-cu ilə qədər nəzərdə tutulan müqavilənin şərtləri razılaşdırılıb. Anlaşmanın bu ay imzalanacağı gözlənilir.
28 yaşlı futbolçu “Yuventus”a ötən yay “Atletiko”dan qayıdıb. O, paytaxt təmsilçisində icarə əsasında çıxış edib.
Argentinalı yarımmüdafiəçinin Turin klubu ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ildə başa çatacaq. O, bu mövsüm A Seriyasında keçirdiyi 4 oyunda 1 qol vurub.