“Mbappe “qızıl top”a namizədlər arasında ən yaxşı futbolçudur”

“Real”ın müdafiəçisi Raul Asensio komanda yoldaşı Kilian Mbappenin “qızıl top”u qazanmalı olduğunu düşünür.

Newsport.az xəbər verir ki, ispaniyalı futbolçu bu barədə “Madrid Universal”-a açıqlamasında danışıb:

“Mbappenin “qızıl top”u qazanması ədalətli olardı. O, bütün namizədlər arasında ən yaxşı futbolçudur. Bütün turnirlərdə ən çox qol vuran da odur. Söhbət fərdi mükafatdan gedir”.

27 yaşlı Mbappe ötən mövsüm bütün turnirlərdə 44 oyuna çıxıb, 42 qol vurub və 7 məhsuldar ötürmə verib. Fransalı hücumçu İspaniya çempionatı və UEFA Çempionlar Liqasının ən məhsuldar futbolçusu olub. Bundan əlavə, o, 2026-cı il dünya çempionatında da hamıdan çox qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right