Mourinyo 7 aydır meydana çıxa bilməyən futbolçusuna güvənir icarəyə verməyəcək

Rodriqo bu mövsümü “Real"da keçirəcək.

Newsport.az xəbər verir ki, cinah hücumçusu çarpaz bağ zədəsindən sonra bərpa prosesini başa çatdırmaq üzrədir. Onun qışda yenidən meydana qayıdacağı gözlənilir.

İnsayder Fabritsio Romanonun məlumatına görə, Madrid klubu braziliyalı futbolçunun icarəyə verilməsi ilə bağlı təklifləri nəzərdən keçirmək niyyətində deyil. Baş məşqçi Joze Mourinyo 25 yaşlı futbolçuya “100 faiz” güvənir.

Rodriqo sonuncu dəfə mart ayının əvvəlində meydana çıxıb. Ötən mövsüm La Liqada keçirdiyi 19 matçda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right