“Bayern”in və “Liverpul”un sabiq futbolçusu Ditmar Hamann, Kriştiano Ronaldo ilə Portuqaliya millisi arasındakı vəziyyətə münasibət bildirib.
41 yaşlı hücumçu baş məşqçi Jorje Jesusla fikir ayrılığı yaşadıqdan sonra öz istəyi ilə yığma komandanın düşərgəsini tərk edib.
Newsport.az “Sky Sport”-a istinadən xəbər verir ki, Hamann bu mövzuda baş məşqçini dəstəkləyib:
“Hesab edirəm ki, Ronaldo start heyətində yer almasaydı, Portuqaliya millisinin son böyük turnirlərdə uğur qazanmaq şansı daha yüksək olardı. Futbolçu kənara çəkilmək məqamını əldən verirsə, bunu onun əvəzinə başqası etməlidir. Baş məşqçi də bu qərarı verdi. Bu, çoxdan edilməli idi”.
Ronaldo Portuqaliya millisinin heyətində ümumilikdə 234 oyun keçirib və 146 qol vurub.