Laos millisinin futbolçusu Soukpxaçan Luenthala danışılmış oyunlarda iştirak şübhəsi ilə saxlanılıb.
Newsport.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
24 yaşlı cinah oyunçusu ASEAN Çempionatındakı matça görə ittiham olunur.
"Salavan Yunayted" klubuna məxsus olan futbolçu oyunlardan birini manipulyasiya etməkdə şübhəli bilinir.
Laos Futbol Federasiyası daha əvvəl mümkün pozuntularla bağlı məlumatları hüquq-mühafizə orqanlarına təhvil verib.
Xatırladaq ki, Laos millisi ASEAN Çempionatında Tailanda 0:5, Malayziyaya 0:4, Filippinə 1:4, Myanmaya 2:7 hesabı ilə uduzub.