Portuqaliya millisinin heç bir futbolçusu Kriştianu Ronaldonun yığmadan ayrılmasının səbəblərini açıqladığı paylaşımını bəyənməyib.
41 yaşlı hücumçu baş məşqçi Jorje Jezuşun Norveçlə sentyabrın 27-də keçirilən oyunda onu meydana buraxmamasından sonra düşərgəni tərk edib və daha sonra bunun səbəblərini ətraflı izah edib. Ronaldo Jezuşu əvvəlcədən razılaşdırılan vədlərə əməl etməməkdə, xüsusilə də mətbuat konfransında aralarında əldə olunan razılaşmadan fərqli açıqlamalar verməkdə günahlandırıb.
Buna baxmayaraq, komandanın kapitanı Bruno Fernandeş Ronaldo ilə danışdığını və onun Portuqaliya millisinin tarixində ən böyük simvol olaraq qalacağını bildirib. Ronaldonun sözügedən paylaşımı “Instagram”da 18 milyondan çox bəyənmə və 62 mindən artıq şərh, “Facebook”da isə 1,5 milyondan çox reaksiya və təxminən 62 min şərh toplayıb.