Rays Saka ilə eyni məbləği qazanacaq

İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays “Arsenal” ilə yeni uzunmüddətli müqavilə imzalamağa yaxındır. Tərəflər arasında danışıqlar artıq son mərhələdədir.

27 yaşlı futbolçunun London klubu ilə müqaviləsinin müddəti növbəti mövsümün sonunda başa çatır. Yeni müqaviləyə əsasən, oyunçunun həftəlik 240 min funt-sterlinq olan maaşının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Bu artımla o, həftədə təxminən 350 min funt-sterlinq qazanan klubun ən yüksək ödənişli futbolçusu Bukayo Saka ilə eyni səviyyəyə çatacaq.

Rays 2023-cü ilin iyulunda 105 milyon funt-sterlinq müqabilində “Vest Hem”dən “Arsenal”a keçib. Yarımmüdafiəçi komandanın heyətində 165 matça çıxıb. O, İngiltərə millisində 80 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right