“İnter”in sabiq müdafiəçisi “Bolonya”ya keçir

“İnter”in sabiq müdafiəçisi Matteo Darmian karyerasını A Seriyasının başqa klubunda davam etdirəcək.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda azad agent statusunda olan 36 yaşlı futbolçu “Bolonya” ilə müqavilə imzalamağa yaxındır. Tərəflər 2026/27 mövsümünün sonuna qədər qüvvədə olacaq qısamüddətli müqaviləyə imza atacaqlar.

İtaliyalı müdafiəçi 2020-2026-cı illərdə “İnter”in formasını geyinib.

“Bolonya” İtaliya çempionatında yeni mövsümə uğursuz başlayıb. Komanda ilk 5 turdan sonra cəmi 2 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

“Bolonya” A Seriyasında növbəti oyununu oktyabrın 11-də, səfərdə “Leççe”yə qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right