Karrikə vaxt veriləcək

“Mançester Yunayted”in mövsümə uğursuz başlaması baş məşqçi Maykl Karrikin gələcəyi ilə bağlı suallar yaradıb.

Klub rəhbərliyi ingiltərəli mütəxəssisə noyabrda milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasiləyədək vaxt verəcək. Həmin müddətə qədər vəziyyət yaxşılaşmasa, rəhbərliyin Karriklə bağlı qəti qərar verəcəyi bildirilir.

Newsport.az “Indykaila News”-a istinadən xəbər verir ki, Karrik istefaya göndərilərsə, onun yerinə əsas namizədlərdən biri Sesk Fabreqas olacaq. 39 yaşlı mütəxəssis hazırda “Komo”nu çalışdırır.

Fabreqas İngiltərə futbol ictimaiyyətinə “Arsenal” və “Çelsi”dəki çıxışından yaxşı tanışdır. İspaniyalı mütəxəssis ötən mövsüm “Komo”nu UEFA Çempionlar Liqasına çıxarıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right