Hazırda “Bernli”də çıxış edən “Mançester Siti”nin sabiq müdafiəçisi Kayl Uolker, keçmiş klubunun maliyyə pozuntuları ilə bağlı işi barədə fikirlərini bölüşüb.
İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozmaqda təqsirli bilinən “Mançester Siti”ni ciddi cəza gözləyə bilər.
Newsport.az “Talksport”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu, klubun qazandığı titulların ədalətli şəkildə əldə edildiyinin qəbul olunmasını istədiyini bildirib:
“İstəyirəm ki, biz bütün titulları layiqincə və ədalətli şəkildə qazanmış komanda kimi qəbul olunaq. Bunun üçün çox çalışmışıq, asan olmayıb. Mən təkcə futbolçuları deyil, azarkeşləri də nəzərdə tuturam. Onlar bu qələbələrə layiq idilər”.
Daha əvvəl məlum olub ki, Premyer Liqanın komissiyası “Mançester Siti”ni liqanın maliyyə qaydalarını pozmaqda təqsirli bilib. Klubun hansı cəzanı alacağı isə hələ açıqlanmayıb.