“Vlahoviç İbrahimoviç deyil!”

Karyerasında “Kasımpaşa” və “Fatih Karagümrük” formaları geyinmiş 34 yaşlı fransalı futbolçu Valentin Eysserik “Fiorentina”da komanda yoldaşı olmuş Düşan Vlahoviç barədə diqqətçəkən açıqlamalar verib.

Newsport.az xəbər verir ki, hazırda Lüksemburqun “Starssen” klubunda çıxış edən Eysserik serbiyalı hücumçunun Zlatan İbrahimoviçə bənzədilməsinə münasibət bildirib:

“Vlahoviç istedadlı futbolçudur. Bir dəfə 26-27 qol vurdu və dərhal onu İbrahimoviç hesab etdilər, çünki fiziki quruluşları oxşardır. Amma Düşan İbrahimoviç deyil!”

Eysserik Vlahoviçin potensialı barədə də danışaraq, “Məncə, o, “Barselona” və ya Premyer Liqanın ən üst səviyyəli komandalarında oynayacaq futbolçu deyil. Açıq danışaq, o, hələ də keyfiyyətli oyunçudur və mən onunla eyni səviyyədə deyiləm” deyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right