“Arsenal” baş məşqçisi Mikel Arteta ilə yeni müqavilə imzalayıb.
Newsport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı mütəxəssislə müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb. Eyni zamanda Artetanın məşqçilər heyətinin üzvləri ilə də yeni müqavilələr imzalanıb.
44 yaşlı mütəxəssis 2019-cu ildən “Arsenal”a rəhbərlik edir. Bu, onun baş məşqçi kimi ilk işi olub. Artetadan daha əvvəl “Mançester Siti”də Xosep Qvardiolanın köməkçisi kimi fəaliyyət göstərib.
Artetanın rəhbərliyi altında “Arsenal” 2025/26 mövsümündə İngiltərə Premyer Liqasının qalibi olub. London təmsilçisi, həmçinin ispaniyalı mütəxəssislə İngiltərə Kubokunu və üç dəfə ölkə Superkubokunu qazanıb.