Harri Keyn İngiltərə millisində keçirdiyi oyunların sayına görə rekord göstəricini təkrarlayıb.
Newsport.az "Opta"ya istinadən xəbər verir ki, “Bavariya”nın hücumçusu Millətlər Liqasının Çexiyaya qarşı oyununda milli komandada 125-ci matçına çıxıb. Bununla da o, İngiltərə yığmasının əfsanəvi qapıçısı Piter Şiltonun rekorduna şərik olub.
Şilton 1970-1990-cı illərdə İngiltərə millisinin formasını geyinib. Keyn isə 2015-ci ilin martında debüt etdikdən təxminən 11 il yarım sonra bu göstəriciyə çatıb.
Qeyd edək ki, Keyn İngiltərə millisinin tarixində ən çox qol vuran futbolçudur. Onun hesabında 89 qol var. O, həmçinin böyük beynəlxalq turnirlərdə 36 oyunla rekordçudur, bu yarışlarda 21 qol vurub və İngiltərəni 32 dəfə kapitan kimi meydana çıxarıb.