Portuqaliya millisinin baş məşqçisi Jorje Jesus Kriştiano Ronaldonun onunla bağlı yaydığı açıqlamaya münasibət bildirib.
Newsport.az xəbər verir ki, Ronaldo daha əvvəl baş məşqçi ilə yaşadığı münaqişədən sonra Portuqaliya millisinin düşərgəsini tərk edib. O, dünən yaydığı geniş açıqlamada hadisənin səbəblərindən danışıb və Jesusu verdiyi vədləri pozmaqda ittiham edib.
"O Jogo"nun məlumatına görə, Jesus Ronaldonun sözlərinə qısa cavab verib: “Açıqlamanı oxudum. İndi isə hər gün olduğu kimi, federasiyanın bazasına gedirəm, işləyirəm və Portuqaliya millisi haqqında düşünürəm. Daha deyəcək sözüm yoxdur".
Xatırladaq ki, Ronaldo bir neçə gün əvvəl baş məşqçisi Jorje Jesusun ona Portuqaliya millisində şans vermədiyinə görə yığmanın düşərgəsini tərk edib.