İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem komandanın kapitanı Harri Keyn barədə fikirlərini bölüşüb.
Newsport.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
"Real"ın futbolçusu "üç aslan"ın tarixində indiyə kimi Keyndə daha yaxşı oyunçunun olmadığını hesab edir. O, 33 yaşlı hücumçunun hələ uzun müddət beynəlxalq səviyyədə çıxış edəcəyinə ümid edir:
"Mənim üçün o, ilk növbədə inanılmaz bir insandır. Bir kapitan və bir kişi kimi o, hər kəsin qayğısına qalır. Meydandan kənarda nəsə edilməli olduqda məsuliyyəti həmişə məhz o öz üzərinə götürür. Onun oyununa gəlincə isə burada artıq sözlər yetərsizdir. O, bu formanı geyinmiş İngiltərə millisi tarixinin ən yaxşı oyunçusudur və onunla birlikdə oynamaq mənim üçün şərəfdir.
O, bütün dünyaya baxdıqda praktiki olaraq tayı-bərabəri olmayan bir səviyyədə çıxış edir. Qol vurmaqdan zövq alır, dərindən oynamağa davam edir, müdafiəçilərin arxasına və cinahlara ötürmələr verir, meydanın bir çox nahiyəsində oyuna öz töhfəsini verir. Topları geri qazanmaq üçün müdafiəyə qayıdır, hər şeydə kömək edir və buna görə də getdikcə daha da yaxşılaşır. Biz bundan mümkün qədər uzun müddət yararlanmalıyıq".
Qeyd edək ki, Keyn İngiltərə millisinin Millətlər Liqasının 2026/27-ci illər mövsümündə baş tutan hər dörd oyununda iştirak edib. O, bu qarşılaşmalarda 6 qol vurub və 1 məhsuldar ötürmə edib.
"Bavariya"nın hücumçusu "üç aslan"ın tarixində ən yaxşı bombardirdir. O, "Qızıl top-2026" mükafatını almağa əsas namizədlərdən biri hesab olunur.