Argentina millisinin kapitanı Lionel Messi yığmada son oyununu keçirib.
Newsport.az xəbər verir ki, 39 yaşlı futbolçunun vida matçı Buenos-Ayresdə “Monumental Antonio Vespucio Liberti” stadionunda Benin yığmasına qarşı olub.
Argentina rəqibinə 3:0 hesabı ilə qalib gəlib. Messi 71-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib, həmçinin 2 qolun ötürməsini verib.
Messi millisi karyerasını 208 oyun, 126 qol və 70 məhsuldar ötürmə ilə tamamlayıb.
Qeyd edək ki, “Neftçi”nin yarımmüdafiəçisi Sessi Almeyda Benin yığmasını bu görüşə kapitan kimi çıxarıb və matçdan əvvəl Messiyə hədiyyələr təqdim edib.