Di Mariyadan Messi ilə bağlı paylaşım

Madrid "Real"ının sabiq yarımmüdafiəçisi Anhel Di Mariya hücumçu Lionel Messinin Argentina millisindəki karyerasını başa vurmağa hazırlaşması ilə bağlı fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, o, "İnter Mayami"nin futbolçusuna təşəkkür edib:

"Heç kimin gözləmədiyi gün rəsmi olaraq gəldi. "Messiyə əlvida" demək vaxtıdır. Lakin bu gün mən onun paylaşdığı foto və videoları gördüm. Onu belə xoşbəxt və hüzurlu görmək, əlində olan hər şeyi verdiyini bilmək bizi də xoşbəxt edir. Bu, şübhəsiz ki, hamı üçün xüsusi bir gün olacaq. Hər şeyə görə təşəkkür edirəm, Leo. Ömrümüzün qalan hissəsində sənə minnətdar olacağıq".

Qeyd edək ki, Beninlə keçiriləcək qarşılaşma Messinin milli komandanın formasında son matçı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right