İtaliyanın "Milan" klubunun qış "transfer pəncərəsi"ndə müdafiə xəttini gücləndirmək niyyətindədir. Daha əvvəl "Mançester Yunayted"də çalışmış baş məşqçi Ruben Amorim sabiq klubunun mərkəz müdafiəçisi Leni Yoroni komandaya cəlb etmək istəyir.
Newsport.az xəbər verir ki, bu barədə İtaliyanın "Calciomercato.com" nəşri məlumat yayıb.
Bildirilir ki, Amorim "Mançester Yunayted" klubundakı birgə iş dövründən yuksək qiymətləndirdiyi Yoro üçün israrlıdır. Fransalı futbolçunun agenti Jorje Mendeş bu transferin reallaşmasına təsir göstərə bilər.
Potensial transferin dəyəri təxminən 50 milyon avro qiymətləndirilir ki, bu da İtaliya üçün kifayət qədər ciddi məbləğdir. Lakin "Milan"ın sahibi Cerri Kardinale yüksək səviyyəli oyunçular üçün komandaya böyük məbləğlər yatırmağa hazır olduğunu artıq nümayiş etdirib.