Rafinya "Barselona" ilə müqaviləni uzadıb

“Barselona”nın kapitanı Rafinya klubla yeni müqavilə imzalayıb.

Newsport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Braziliyalı vingerin yeni sözləşməsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Klubun anlaşmanı rəsmi olaraq bu həftə açıqlayacağı gözlənilir.

30 yaşlı futbolçu 2022-ci ildən “Barselona”da çıxış edir. O, Kataloniya təmsilçisinin heyətində 3 dəfə İspaniya çempionu olub. Rafinya həmçinin "Barselona" ilə 1 dəfə Kral kubokunu və 3 dəfə İspaniya Superkubokunu qazanıb.

Rafinya daha əvvəl “Renn”, “Sportinq”, “Vitoriya Gimaraynş” və “Lids Yunayted”in formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right