Baş məşqçinin istefası qəbul olunmadı

Türkiyənin "Gənclərbirliyi" klubunun baş məşqçisi Metin Diyadin istefa verib.

Newsport.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Ankara klubunun rəhbərliyi isə məşqçinin istefasını qəbul etməyib. 58 yaşlı mütəxəssisin vəzifəsinin icrasına davam edəcəyi bildirilib.

Qeyd edək ki, Metin Diyadin bu ilin mayında "Gənclərbirliyi"nin baş məşqçisi təyin olunub. Komanda Superliqada 6 turdan sonra 7 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right