Ardanın rekord transfer dəyəri

“Real”ın 21 yaşlı yarımmüdafiəçisi Arda Gülər “Transfermarkt” portalında yeni rekorda imza atıb.

Türkiyə millisinin üzvünün La Liqadakı son bazar dəyəri yenilənməsindən sonra qiyməti 100 milyon avroya yüksəlib. Beləliklə, Arda Gülər tarixdə bazar dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub.

Gənc futbolçu bu mövsüm Madrid klubunun əsas heyətində yerini möhkəmləndirib və ilk 7 oyunda 4 qola birbaşa töhfə verib.

Ardanı 75 milyon avroluq bazar dəyəri ilə “Yuventus”un futbolçusu Kenan Yıldız, 45 milyon avro ilə isə  “Ayntraxt”ın hücumçusu Can Uzun izləyir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right