Super Liqada hakim şoku həbs edildi

Türkiyədə İstanbul Baş Prokurorluğunun apardığı “Hakimlər işi” çərçivəsində Superliqa hakimi Yasin Kol həbs edilib.

Newsport.az xəbər verir ki, “Ajansspor”un məlumatına görə, məhkəmə Yasin Kol barəsində “oyun alqı-satqısı və təşviq” ittihamları ilə həbs qətimkan tədbiri seçib. Eyni istintaq çərçivəsində Göktuğ Hazar Erel də “rəsmi sənəddə saxtakarlıq” ittihamı ilə həbs olunub.

Yasin Kol ifadəsində ona qarşı irəli sürülən ittihamları rədd edib. O, həyatı boyu qanuni və ya qanunsuz mərc oyunları ilə əlaqəsinin olmadığını, kiməsə qanunsuz mərc üçün pul göndərmədiyini bildirib.

Qeyd edək ki, daha öncə Türkiyə Futbol Federasiyasının  Mərkəzi Hakimlər Şurasının (MHK) sədri Ferhat Gündoğdu ilə həbs olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right