“Neftçi”nin sabiq futbolçusu millinin baş məşqçisi oldu

Gürcüstan milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Qonşu ölkənin əsas yığmasını Ramaz Svanadze çalışdıracaq.

Newsport.az xəbər verir ki, Svanadze buna qədər Gürcüstanın U-21 yığmasının baş məşqçisi olub.

U-21-in Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi son üç oyunda Svanadzeni onun köməkçisi olmuş Georgi Adamiya əvəzləyəcək.

Adamiya futbolçu karyerası ərzində Azərbaycanda “Neftçi”, “Bakı”, “İnter” (indiki “Şamaxı”) və “Qarabağ”ın formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right