“Lion”da çıxış edən “Liverpul”un sabiq yarımmüdafiəçisi Tayler Morton Mersisayd klubuna qayıda bilər.
Newsport.az “Teamtalk”-a istinadən xəbər verir ki, “qırmızılar” 23 yaşlı futbolçunun Liqa 1-dəki çıxışını yaxından izləyir. Klubun baş məşqçisi Andoni İraola da Mortondan razıdır və onun oyun səviyyəsini yüksək qiymətləndirir.
“Liverpul” 2025-ci ilin yayında Mortonu “Lion”a satıb. Transferin məbləği təxminən 13 milyon avro təşkil edib.
İngiltərəli yarımmüdafiəçinin “Lion”la müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir. “Transfermarkt” onun hazırkı bazar dəyərini 30 milyon avro qiymətləndirir. Morton bu mövsüm Fransa çempionatında 5 oyunda meydana çıxıb.