Olmo: “Biz yalnız meydanda danışırıq”

“Sabah”ın UEFA Çempionlar Liqasındakı rəqibi olan “Barselona”nın yarımmüdafiəçisi Dani Olmo İspaniya futbolunda hakimlik ətrafında yaranan müzakirələrə münasibət bildirib.

Mətbuatda “Real”ın “Atletiko” ilə qarşılaşdığı (1:2) Madrid derbisindəki hakimliklə bağlı müzakirələr davam edir. Qarşılaşmadakı bəzi epizodlar “Real”ın narazılığına səbəb olub.

Newsport.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu yalnız meydanda danışdıqlarını söyləyib:

“Düşünürəm ki, ətrafımızda xüsusi səs-küy yoxdur, çünki qalib gəlirik. Bizi yalnız bu maraqlandırır: oyunlarda qələbə qazanmaq. Biz yalnız meydanda danışırıq”.

“Barselona” cari mövsümdə keçirdiyi 8 oyunun hamısında qələbə qazanıb. Hans-Diter Flikin komandası La Liqada 7 turdan sonra 21 xalla turnir cədvəlinə başçılıq edir. “Atletiko” və “Betis” 16 xalla müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıb. “Real” isə 15 xalla dördüncüdür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right