“Everton”un sabiq baş məşqçisi Şon Dayç bu ilin yazında “Tottenhem”dən təklif alıb-almaması ilə bağlı suala cavab verib.
Newsport.az xəbər verir ki, ingiltərəli mütəxəssis “The Overlap”-a açıqlamasında “Tottenhem”lə bağlı bir neçə zəng aldığını, ancaq onların birbaşa özünə edilmədiyini bildirib:
“Cəmi bir neçə zəng olmuşdu, müəyyən əlaqələr var idi. Amma onlar birbaşa mənə edilməmişdi”.
Mart ayında “Tottenhem”in Dayçla əməkdaşlıqda maraqlı olduğu barədə məlumat yayılmışdı. Ancaq klub rəhbərliyinin mütəxəssisin tələblərindən razı qalmadığı qeyd olunurdu. Nəticədə, London təmsilçisi Roberto De Zerbiyə üstünlük vermişdi.
“Tottenhem” bu mövsüm İngiltərə çempionatında 5 oyun keçirib, lakin heç birində qələbə qazana bilməyib. London klubu hazırda 2 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.